Rəşad Dağlı üçün azərbaycanlı iş adamı 10 min dollarından keçdi

SOSİAL 14 noy 2022, 10:35
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) ailəsinə bir çox azərbaycanlılar yardım etmək niyyətindədir.

Demokrat.az
Milli.az-a istinadla xəbər verir ki, belə həmyerlilərimizdən biri Gürcüstanda yaşayan azərbaycanlı iş adamıdır. Bu barədə meyxana ustadı Aqşin Fateh öz instaqram hesabında məlumat verib.

O bildirib ki, həmyerlimiz Rəşad üçün 10 min dollar göndərmək istəyir.

Aqşinin bu barədə məlumatı Gürcüstana iştirak üçün getdiyi əmisi oğlunun toyunda verdiyini nəzərə alsaq, sözügedən şəxsin meyxana ustadının qohumu olduğu iddia olunur.

Qeyd edək ki, Rəşad Dağlı Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına köçürülüb. Meyxanaçı noyabrın 11-dən təcridxanada saxlanılır.

Xatırladaq ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top