“Antidepressantların qəbulu insanı robot və ya zombiyə çevirir” — AÇIQLAMA

SOSİAL 10 noy 2022, 22:53
“Həkim məsləhəti olmadan antibiotiklərin, antidepressant dərmanların istifadəsi arzu olunan deyil”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında həkim-psixiatr  Orxan Fərəcli deyib.  

Həkimin sözlərinə görə, xüsusən kimdənsə eşitdikləri antidepressant dərmanların təhlükəsi ola bilər. 

“Çünki həmin dərmanlar şəxsə və yaşa görə dəyişə bilir. Yəni, dərman təyin edərkən, antidepresantların yan təsirini müəyyənləşdiririk. Önəmli olan məqam – dərmanın həkim-psixiatr tərəfindən, ətraflı müayinədən sonra təyin edilməsidir. Belə olan halda, pasientin yaşı, cinsi, fiziki durumu və yanaşı xəstəlikləri də nəzərə alındığından, yan təsirlər minimal səviyyədə olur”.
Həkimin sözlərinə görə, antidepressantların qəbulu normal hissləri öldürərək, insanı robot və ya zombiyə çevirir kimi, fikirlərin səsləndirilməsi tamamilə kökündən yanlışdır. 
“Bu fikirlər kökündən tamamilə yanlışdır, tam əksinə, insanın normal əhval-ruhiyyəsini bərpa edir, onun normal həyata dönməsinə və həyat sevincinin qayıtmasına kömək edir”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top