ÜST: "Koronavirusdan ölüm sayı 90% azalıb"

DÜNYA 09 noy 2022, 23:52
"Fevral ayından indiyədək COVID-19 infeksiyası səbəbindən ölüm sayı 90% azalıb".

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

ÜST rəhbəri qeyd edib ki, son həftə ərzində 9,4 mindən çox ölüm qeydə alınıb, fevralda isə həftə ərzində ölüm nisbəti 75 min civarında dəyişib.

"Biz uzun bir yol qət etmişik və bu, həqiqətən də nikbinlik üçün səbəbdir. Lakin biz hökumətləri, icmaları və bütün insanları ayıq-sayıq olmağa çağırırıq", - Qebreyesus deyib.
Pandemiyasının başlanğıcından indiyədək dünyada 629 milyon yoluxma, 6,5 milyon ölüm faktı qeydə alınıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top