"Söyüş üçün öldürmək sadəcə, biabırçılıqdır" — Şərif Ağayar

GÜNDƏM 09 noy 2022, 18:50
"Heç nə insan öldürməyə bəraət qazandırmır. Hətta vətən, millət, azadlıq, namus adı ilə də öldrməyin doğru olmadığını düşünürəm. Söyüş üçün öldürmək isə, sadəcə, biabırçılıqdır. Rəşad Dağlı kimi çox istedadlı birini bu addımı atmağa vadar edən intellektdən uzaqlıq, kitabdan cüda düşmək, müasir mədəniyyətdən bixəbərlikdir. Lakin bu məsələdə onun ətrafının, düşdüyü mühitin də rolu böyükdür. Rəşad qəzəlxan kimi, şair kimi kütləyə lazım deyildi, ona yalnız düşük meyxanalarla boş qafaları danqıldatmaq üçün pul verirdilər. Bu zəka sahiblərinin kumirinə çevrilmək, yaxud birinciliyi əldə saxlamaq üçün hökmən sözü və yaradıcılığı başlı-bütünlü istisna edən kriminal avtoritet moduna girməlisən. Rəşad Dağlı da özünü mütləq belə aparmalı, yaxud belə biri olduğuna mütləq inandırmalı idi. Bu da axırı..."

Bu  sözləri tanınmış yazıçı Şərif Ağayar özünün facebook səhifəsində yazıb.

"Qəti şübhə eləmirəm ki, "Məryəmin tərtəmiz olduğunu bir Allahı bilib, Ona çox tənə gəlib Həzrəti İsayə görə..." beytini yazan adam kamerada tək qaldığı vaxt başını divara döyüb, ağlayacaq. Bax, mən o başını divara döyüb ağlayan Rəşad Dağlını birinci özünün, ikinci qəddar ətrafının, üçüncü isə işləməyən Azərbaycan qanunlarının əlindən alıb elə adını zikr etdiyi o Allaha tapşırmaq istəyirəm. Günahından keçsin və onu qorusun. Səbəb nə olur-olsun, istedadın qürubu kədərlidir..." - yazıçı fikrini tamamlayıb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top