Əli İnsanova dəstək gəldi: “O, indi səmimidir… “

GÜNDƏM 08 noy 2022, 13:38
“Sabiq nazir, Heydər Əliyevçi və YAP üçün xeyli əməyi olan Əli İnsanovun hazırkı hakimiyyətin siyasi kursunu dəstəkləməsini bəyan etməsi mənim üçün sürpriz oldu. O, indi daha səmimi və dürüst təsir bağışladı. Onun video-çıxışına sona kimi baxdım, Əli İnsanov indi özü idi, tam özü. O kəs ki, bacardığı işi edir, mütləq nəticə qazana bilir və hətta haqqında mənfi rəydə olanların belə fikrini dəyişə bilir”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib:

“Mənim də sabiq nazirə hörmətim bərpa olundu. O həbsdən çıxan zaman vaxtılə ən sərt tənqid etdiyi şəxslərin yanında dayananda, əksəriyyət o səmimiyyətə inanmamışdı. Mən də inana bilməzdim və o zaman əxlaqdan kənara çıxmadan sərt tənqid etmişdim. Əlavə olaraq, 30 il beş addım önə gedib, on addım geri çəkilən siyasətçilərin yanında uğursuz və nəticəsiz görünürdü. Əli İnsanovun onların yanında olmasından özü yox, onlar siyasi dividend qazanırdılar. Öz sıralarında yeni nəfəslik, yenilik və gələcəyə ümid görürdülər”. 

Deputat bildirib ki, bu ümid isə Qərbi Azərbaycanlıların dəstəyini qazanmaq, onların maliyyə resurslarına çıxış imkanları idi:

“Amma onlar da yaxına gəlmədi, gələnlər isə kiçik bir təzyiqdən qaçıb dağılışdılar. Çünki bu meydan onlar üçün deyildi, 30 il ərzində tapdalanmaqdan palçığa dönən o meydana düşən gərəkdir ki, ayaqqabısını o palçıqdan qopara bilməyib yalın ayaqla qaçıb oradan uzaqlaşsın.

Siyasət nəticə əldə etmək üçün aparılan prosesdir. Siyasət təriqət deyil, dini bağlılıq deyil, əqidə savaşı deyil, ideoloji bir mübarizədir. Bu gün ölkəmizdə ideologiya üzərində qurulan partiya yoxdur. Bu boşluğu şəxsiyyət üzərində qurulan proses ört-basdır edə bilir. Əli İnsanov da bu yolu seçdi, çünki başqa cür siyasi meydanda qalmaq və nəticə əldə etmək mümkün deyil. O seçimini - ideoloji xəttini Heydər Əliyev şəxsiyyəti və Prezident İlham Əliyevin siyasi kursu üzərində qurdu. Çünki, onları tanıyır, onlarla bir olub, onlarla ağrılı-acılı və xöşbəxt günləri bölüşüb. 

Hər kəs seçimində azaddır. İnsanı seçiminə görə tənqid və təhqir etməzlər. Əli İnsanov da doğru bildiyi seçimini edib. Hər kəsin seçiminə hörmətlə yanaşmaq vacibdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top