"Amerikalıların qorxduğu yeganə şey nüvə silahıdır"— Lukaşenko

DÜNYA 07 noy 2022, 21:30
"Avropa ölkələrinin vətəndaşları sülh şəraitində yaşamaq istəyirlər, lakin onların hakimiyyəti “öz evlərindəki yanğını söndürə” bilmir"

Demokrat.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko danışıb.

"Avropalılar bu müharibəni istəmirlər. Onlar bu gün Ukraynada nə baş verdiyini kifayət qədər yaxşı başa düşürlər. Avropalılar artıq Ukrayna ərazisində münaqişə ilə nəticələnən qarşıdurmanı dayandırmalıdırlar"

Lukaşenko hazırkı vəziyyətdə ABŞ-ın roluna diqqət çəkib.

"Amerikalıların qorxduğu yeganə şey nüvə silahıdır, əgər nüvə silahlarından istifadə edilməyəcəksə, o zaman onlar adi silahlarla vuruşacaqlar. Ukrayna isə onsuz da od içindədir”, - deyə o bildirib.

Belarus lideri Ukraynadakı hadisələri fəlakət adlandırıb.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top