Etirazçılar İran bayrağını zibil qutusuna atıb yandırdılar

REGİON 07 noyabr 2022, 13:27
İranın Mərivan şəhərində etirazçılar bu ölkənin dövlət bayrağını zibil qutusuna ataraq yandırıblar.

Demokrat.az
xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Görüntülərdə molla rejiminə etiraz edən sakinlərin “Xameneiyə ölüm olsun!” və “Diktatora ölüm olsun!” şüarları ilə bayrağı yandırması anı əks olunub.

Qeyd edək ki, İranda sentyabrda başlayan etiraz aksiyası bütün ölkə üzrə davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top