Ukraynadan İrana XƏBƏRDARLIQ

GÜNDƏM 05 noy 2022, 19:14
İranın xarici işlər naziri Tehranın Ukraynanın genişmiqyaslı işğalının başlamasından bir neçə ay öncə Rusiya Federasiyasına döyüş dronları təhvil verdiyini ictimaiyyət qarşısında etiraf edib.

Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko "Facebook" paylaşımında belə qeyd edib.

Nikolenko Ukraynanın yalnız faktlara inandığını vurğulayıb. Əlavə edib ki, Ukrayna XİN müvafiq qurumlarla birlikdə Rusiyanın ukraynalıları öldürərkən və mülki infrastrukturu məhv edərkən İran dronlarından istifadə etməsinin qarşısının alınması məqsədilə ən sərt tədbirləri görməyə davam edəcək.

Oleq Nikolenko qeyd edib ki, Tehran Rusiyanın Ukraynaya qarşı təcavüzü cinayətlərində şərikliyinin nəticələrinin Rusiyanın dəstəyinin faydalarından daha genişmiqyaslı olacağını başa düşməlidir.

DİGƏR XƏBƏRLƏR

Top