Mələkxanım Eyyubova keçmiş polis polkovniki həyat yoldaşı ilə — VİDEO

ŞOU-BİZNES 05 noy 2022, 13:05
Xalq artisti Mələkxanım Eyyubova şəxsi həyatı ilə gündəmə gəlib. 

Demokrat.az
xəbər verir ki, "Zaurla Günaydın" proqramında iştirak etmək üçün ATV-yə gələn sənətçi keçmiş polis polkovniki olan həyat yoldaşı  Xosrov Nəcəfovla birlikdə görüntülənib.

Verilişin aparıcılarından biri Zaur Baxşəliyev Xosrov bəydən bəzi açıqlamalar alıb. O, Mələkxanım Eyyubova ilə 35 ildir evli və xoşbəxt yaşadığını deyib. 

Xosrov Nəcəfov evləndikləri ilk vaxtlar Xalq artistinə sənətlə məşğul olmağa icazə verməyib. Daha sonra onun istedadı qarşısında dayana bilmədiyini və səhnəyə çıxmasına icazə verdiyini bildirib. Xosrov bəy Mələkxanımın bütün ifalarını sevərək dinlədiyini də vurğulayıb.

Qeyd edək ki, Mələkxanımın Əyyubovanın həyat yoldaşı Xosrof Nəcəfov əvvəllər DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının xidmət üzrə komandir müavini vəzifəsini icra edib. O, ötən il vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Uzun illərdir evli olan cütlüyün 4 övladı var.

Ətraflı videoda:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top