“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirilir

DAXİLİ SİYASƏT 04 noy 2022, 13:03
Milli Məclisin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmələr keçirilir.

“Report”un xəbərinə görə, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, qanunverici orqanda təmsil olunan siyasi partiyaların nümayəndələri, deputatlar və QHT nümayəndələri iştirak edirlər.

Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, ölkədə islahatlar aparılır və “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi də bu islahatlarla bağlıdır.

Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin bu sahədə apardığı sorğunun nəticələri elan olunub. Respondentlərin 90,2 faizi hesab edir ki, partiyalara maliyyə yardımlarına dövlət nəzarəti təmin edilməlidir, 51,2 faiz isə düşünür ki, sədri qadın olan partiyalara ehtiyac var.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top