Bakıda toy zamanı şadlıq evində yanğın baş verib — FOTOLAR

SOSİAL 03 noy 2022, 22:05
Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Mircəlal Paşayev küçəsində qeydə alınıb.

"Millenium" şadlıq sarayın toy mərasimi keçirilən zaman mətbəxin tüstü bacası alovlanmağa başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd texnikası və canlı briqadası gəlib.

Şadlıq sarayında toy mərasiminin iştirakçıları çölə çıxarılıb. Binanın damına alovun keçməsinin qarşısı alınıb.

Yanğın söndürülüb. Şadlıq sarayına elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda araşdırma aparılır.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top