YapiKredi Müraciət Forması
Sosial

"BakuBus"un yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq edən şəxs saxlanıldı

BakuBusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq edən şəxs saxlanıldı

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.

D
demokrat.az