Emin Hüseynov: Yeni idarəçilik modeli əsasında azad edilmiş ərazilər yenidən qurulur

QARABAĞ 03 noy 2022, 11:07
“Yeni idarəçilik modeli əsasında azad edilmiş ərazilər yenidən qurulur”.

Demokrat.az-ın xəbərinə görə, bunu bu gün Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov deyib ki, Prezidentin rəhbərliyi ilə hazırlanmış strateji fəaliyyət planı əsasında azad edilmiş ərazilərdə şəhər və kəndlərin vahid konsepsiyası əsasında qurulmasına başlanılıb: “İşğaldan azad edilmiş ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır, Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib. Bu da idarəetmədə çevikliyin artmasına səbəb olacaq. Eyni zamanda, bərpa və tikinti ilə bağlı publik hüquqi şəxslər yaradılıb”./APA
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top