Ərdoğanla Zelenski nəyi müzakirə etdi?

DÜNYA 02 noy 2022, 22:56
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Demokrat.az
"HaberGlobal"-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, danışıq zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan taxıl daşınmasında yaranan problemi birgə fəaliyyətlə həll etdiklərindən məmnunluğunu ifadə edib.

Həm Ukraynanın, həm də Rusiyanın taxıl məhsullarının satma qabiliyyətinin bütün dünya üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Türkiyə lideri, taxıl daşınması müqaviləsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasına gətirib çıxaracaq anlaşma əsasında, müharibənin ədalətli həll yolu ilə sona çatması üçün diplomatik səylərin artırılmasının vacib olduğunu bildirib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top