“Azərbaycan lazım bildiyi yerlərdə ordusunu yerləşdirə bilər” — Politoloq

GÜNDƏM 02 noy 2022, 19:37
“Soçi görüşündə açıq şəkildə Azərbaycan nümayiş etdirdi ki, heç bir halda Azərbaycan Qarabağdakı ermənilərə status vermək niyyətində deyil. Qarabağdakı ermənilərə Azərbaycanın baxışı onların sadəcə Azərbaycan vətəndaşları olmaqlarıdır. Onlar Azərbaycan vətəndaşları kimi Azərbaycan Respublikasında yaşaya bilərlər, onların da hüquq və azadlıqları, milli, din hüquqları təmin olunacaq, ancaq heç bir halda onlara status verilməyəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın Qarabağ üzərindəki suverenliyi mübahisəsizdir və qırmızı xəttidir:

“Biz heç vaxt buna icazə verməyəcəyik. Ona görə də, Azərbaycan açıq şəkildə Paşinyanın bir neçə təkilfini geri çevirdi. Bunlardan biri ondan ibarət idi ki, anklavlarından ancaq Qazaxın iki kəndi qaytarılsın. Digər anklavlar Ermənistanın tərkibində qalsın. Ola bilsin Kərki qala bilər. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, bütün Azərbaycan əraziləri qaytarılmalıdır. Ermənistan isə təklif etdi ki, Azərbaycan guya 130 kvadrat kilometr Ermənistan ərazisini işğal edib və Azərbaycan qoşunlarını oradan çıxarsın. Eyni zamanda, rus sülhməramlıların Qarabağdakı nəzarət mövqelərindən Azərbaycan tərk etsin. Azərbaycan hər iki təklifə yox cavabı verib. Ermənistanla delimitasiya və demarkasiya olunana qədər Azərbaycan Ermənistan sərhəddini tam olaraq tanımır və ona görə də, orada sərhəddin haradan keçdiyi bəlli deyil. Eyni zamanda, Azərbaycan bütün ərazisində lazım bildiyi yerdə də ordusunu yerləşdirə bilər. Bundan başqa, Qarabağın statusu ilə bağlı hər hansı məsələnin qaldırılmasına icazə vermədik. Əslində açıq şəkildə bu görüşdən xüsusi nəticə gözləmədiyimiz bəlli idi. Amma öz mövqeyini ortaya qoydu ki, biz heç bir halda nə Qarabağ ermənilərinə status, nə də Azərbaycan ərazisində  ermənilərə ikinci dəfə hansısa şəkildə öz müqəddəratını təyin etməsinə icazə verməyəcəyik. Eyni şəkildə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək Azərbaycan üçün olduqca vacibdir və qırmızı xətlərdir. Azərbaycan Qarabağdakı erməni separatçıların tərksilah edilməsinə, eyni zamanda Zəngəzur dəhlizini prioritet olaraq saxlayır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top