Bakıda 1000-ə qədər bina söküləcək — VİDEO

GÜNDƏM 01 noy 2022, 23:29
Bakıda köhnə binalar söküləcək, əvəzində yeniləri inşa ediləcək.

Bu barədə "XəzərXəbər"ə  müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin  başçısı Eldar Əzizov  bildirib.

O deyib ki, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır.

Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.

Söküləcək binalar həm beşmərtəbəlilərdir, həm də doqquzmərtəbəlilər. Şəhər meri qeyd edib ki, söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq.

Həmin binalarda yaşayan sakinlər isə mərhələli  şəkildə köçürüləcəklər.

Eldar  Əzizovun sözlərinə görə, proses daimi xarakterlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top