GAP sədrindən Fəzail Ağamalının partiyası ilə birləşmək iddiasına REAKSİYA

GÜNDƏM 17 oktyabr 2022, 14:45
Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu rəhbəri olduğu qurumun Ana Vətən Partiyası (AVP) ilə birləşəcəyi barədə iddialara münasibət bildirib. 

Ağasif Şakiroğlu Demokrat.az-a açıqlamasında AVP ilə GAP-ın birləşməsi barədə iddialardan məlumatlı olduğunu deyib:

“Mən də bu haqda bəzi AVP-çilərdən eşitmişəm. Bu sıravi üzvlərin təşəbbüsüdür, ya partiya rəhbərliyinin bilmirəm. Amma istənilən halda ölkəmizdə siyasi partiyaların gücü artırılmalı olduğunu düşünürəm. Rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyasının geniş konsepsiyası, siyasi hədəfləri mövcuddur. Təbii ki, bizə birləşmək istəyən hər bir siyasi partiyaya qucaq açmaq iqtidarındayıq. İstər Ana Vətən Partiyası olsun, istərsə də digəri. 

Hesab edirəm ki, AVP-də Arzuman Abdulkərimov kimi potensiallı kadrlarla dövlətimizə fayda vermiş olarıq. Hər halda belə bir təşəbbüs olarsa, partiyanın idarə heyyətində müzakirə edə bilərik. 

Hesab edirəm ki, Gələcək Azərbaycan Partiyası adı altında fəaliyyət göstərmək istəyən hər kəsə meydan verilməsində hər hansısa bir problem yoxdur.

Onu da qeyd etməliyəm ki, belə bir təşəbbüs olarsa, heç şübhəsiz ki, birləşmiş partiyanın parlamentdə təmsilçilik məsələsinə də baxılmalıdır. Hesab edirəm ki, birləşmiş partiyanı parlament tribunasında gənc nəslin nümayəndəsi olaraq Arzuman Abdulkırimov daha yaxşı təmsil edə bilər”.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top