“Facebook” fərdi məlumatları oğurlayan 400 tətbiq aşkarladı

İKT 09 okt 2022, 13:55
“Facebook”un sahibi olan “Meta” şirkətinin təhlükəsizlik mütəxəssisləri sosial media məlumatlarını oğurlamaq üçün nəzərdə tutulmuş 400 Android və iOS tətbiqinin aşkarlanması barədə istifadəçiləri xəbərdar ediblər.

Demokrat.az xəbər verir ki, aşkarlanmış bütün proqramlar yalnız “Facebook” hesabı  vasitəsilə avtorizasiya təklif edir, bundan sonra istifadəçinin şəxsi məlumatlarını oğurlayırlar.
 
Tətbiqlər əsasən foto redaktoru kimi maskalanır (46%), həmçinin bəzi hallarda özlərini həyat tərzi cəmiyyətləri kimi də təqdim edirlər.
 
Tətbiqlərin zərərli nüsxələri çoxlu saxta müsbət rəylərə sahibdir.
 
“Meta” təxminən 1 milyon istifadəçinin bu proqramlardan əziyyət çəkə biləcəyini təxmin edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top