Hüseyn Dönməzə Azərbaycandan MÜKAFAT — FOTO

XARİCİ SİYASƏT 26 apr 2024, 11:24
Qərbi Azərbaycan İcması, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən Belçika Türk Media Birliyinin fəxri prezidenti Hüseyn Dönmezə mükafat verilib. 

Demokrat.az
xəbər verir ki, xüsusi hazırlanmış plaket hədiyyəsi Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Dəmirçi tərəfindən Hüseyn Dönmezə təqdim olunub. 

Sözügedən mükafat Azərbaycanın iki mühüm qeyri-hökumət təşkilatının birgə imzası ilə Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında müstəsna xidmətlərinə görə Hüseyn Dönməzə verilib.

Mükafatın təqdimat mərasimində Ayhan Dəmirçi və Hüseyn Dönmezlə yanaşı, Beringen Musiqi Klubunun prezidenti İsmail Erdoğdu və iş adamı Zeki Yalçın da iştirak ediblər.


Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top