“WhatsApp” və “Instagram”da yaranan problem aradan qalxıb — YENİLƏNİB

İKT 03 apr 2024, 23:05
“WhatsApp” və “Instagram” sosial şəbəkə platformalarında yaranan problem aradan qaldırılıb.

Belə ki, sosial şəbəkə platformalarının istifadəçiləri yaşadıqları çətinliyin aradan qalxdığını bildirirlər.

Qeyd edək ki, mesencer və sosial şəbəkənin sahibi olan “Meta” şirkətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

22:50

“Instagram” sosial şəbəkəsinin işində də problemlər müşahidə olunur.

"Report" xəbər verir ki, proqramın işində yaranan çətinliklə yanaşı paylaşımların yerləşdirilməsində çətinliklər mövcuddur.

22:29

Dünyanın bir neçə ölkəsində “WhatsApp” messencerinin işində problemlər baş verib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, problemin səbəbləri hələlik məlum deyil.

Problem Azərbaycanda da yaşanır. Belə ki, göndərilən ismarışların qarşı tərəfə çatdırılmasında problemlər müşahidə edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top