Laçına köçən jurnalistə vəzifə verildi — FOTO

MEDİA 26 apr 2024, 11:01
Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.

Demokrat.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. Bildirib ki, o Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb. Y. Quliyeva artıq işinin icrasına başlayıb.

Xatırladaq ki, Y.Quliyeva Laçın rayonunda doğulub. 1992-ci ildə Laçın işğal olunandan sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı. Y. Quliyeva bir sıra aparıcı media qurumlarında çalışıb.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top