Azərbaycanın COP29-a ev sahibliyi etməsi İlham Əliyevin növbəti təntənəli qələbəsidir

COP29 26 apr 2024, 11:16
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində artan nüfuzunun daha bior göstəricisidir. Artıq Azərbaycanın  nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə evsahibliyi etməsi adət halını halıb. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dünyada sabitlik adası kimi tanınıb.  Məhz bu baxımdan, Preziden İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a evsahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi indiyədək qazandığımız uğurlarımızda həlledici rol oynayıb. Şərqi Avropa Qrupu dövlətlərinin bu qərarı dəstəkləmləri zəngin mədəni irsi və dinamik enerjisi ilə ölkəmizin dünya ictimaiyyətinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində bir araya gəlməsi üçün mühüm mərhələ olacaq.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

O deyib ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə evsahibliyi etməsi ölkəmizin və onun liderinin dünyada artan nüfuzundan xəbər verir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Bütün bunlar barəsində bir neçə gün əvvəl  ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin çıxışında bu  barədə daha ətraflı məlumat verildi. Qeyd edildi ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Artıq bu nüfuzlu tədbirə hazırlığın  hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir. Ölkəmizin işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Komitə sədri dövlətimizin başçısının səsləndirdiyi fikirlərə istinadən deyib ki, Prezident, həm də Baş nazir səviyyəsində Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edilmişik. Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri var. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Azərbaycanın Almaniya ilə də əlaqələri inkişaf edir. Son bir ay ərzində iki ölkə arasında daha fəal təmaslar müşahidə olunur. Dövlətimizin başçısının COP29-a evsahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunması da bunun təsdiqidir. Onu da qeyd edək ki, bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur: “ Dövlətimizin başçısı COP29-un əhəmiyyətindən də söhbət açdı. Dedi ki, biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, evsahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcəklər. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər”.

 Hüquq müdafiəçisi  COP29-un  sülh prosesinin nəticəsi olduğunu bildirib. Bu barədə konfransda da  geniş məlumat verildi. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq gündəliyə bir neçə əlavə etmək hüquq var. Belə məsələlərdən biri, təbii ki, sülh olacaq. Birincisi, ona görə ki, ölkəmiz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazanıb. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir, həm də aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir. Dövlət başçımızın ölkəmizin uğurlarından, xüsusilə son 9 ayda əldə olunan nailiyyətlərdən  söhbət açması, “Qarabağın Azərbaycanın daxili işi olması” barədə qəti fikir bildirməsi, ekoloji problemlərin ölkəmizin gündəmində olduğunu, ətraf mühitin mühafizəsinə əhəmiyyət verilməsini, Çin-Azərbaycan münasibətlərinin uğurla inkişafını və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə arasında nəqliyyat əlaqəsi olmasının zəruriliyini diqqətə çatdırması tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 

Komitə sədri bildirib ki, Azərbaycan bu nüfuzlu tədbiri də yüksək səviyyədə keçirməklə dünyada  sabitlik adası olduğunu bir daha təsdiqləyəcək. 

Törə Zeynallı
Demokrat.az






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top