“Gülünc bir Saakaşvili sevgisi var bəzilərində” —Tbilisidəki etirazları dəstəkləyən kimlərdir?

GÜNDƏM 06 may 2024, 18:08
“Qərb, ABŞ və Avropa Birliyi demokratiya, insan hüquqları, bərabərlik, diktatura ilə mübarizə şüarları altında üçüncü dünya ölkələrində öz varlığını təmin edib. Bəzən buna hərbi xuntalarla, bəzən inqilablarla, bəzən də demokratik seçkilərlə nail olublar. On illərdir aparılan siyasət indi də Gürcüstanda davam etdirilir. Gürcüstanda Qərbin toxumları çoxdan səpilib”. 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, indi də Qərb tərəfdarları guya Gürcüstanın Rusiyanın təsiri altında tam düşməməsi, rus qanununun qəbul edilməməsi üçün mitinqlər edirlər:

“İqtidarı hakimiyyətdən etmək, Qərbə tabe qüvvələri hakimiyyətə gətirmək, bununla da ölkəni Qərbin boyunduruğu altına salmaq istəyirlər. “Xarici Agentlər haqqında” Qanun yeni bir qanun deyil, vaxtilə ABŞ-də, Fransada da qəbul olunub. Öz ölkələrinin təhlükəsizliyi təhdid altında olanda bu qanunu qəbul edənlər digər dövlətlərdə də qəbul edilməsinə niyə etiraz edir?! 

Gürcüstan iqtidarı hazırda suverenlik imtahanındadır. Bu imtahandan keçə biləcəksə, Qərbin boyunduruğu altına düşməyəcək, yox, əgər sinifdə qalsa, Qərbin vassalına çevriləcək. Hələki hakimiyyət proseslərin mənfi nəticələnməsinin qarşısını ala bilir, inanıram ki, belə də davam edəcək”. 

Ekspertin sözlərinə görə, Azərbaycanda bəziləri Tbilisi küçələrindəki etirazları dəstəkləyir: 

“Gülünc bir Saakaşvili sevgisi var bəzilərində. Təəssüf ki, belələri natamamlıq kompleksi ilə yaşayan insanlardır. Vaxtilə Paşinyana, Zelenskiyə də rəğbət bəsləyirdilər. Azərbaycan Gürcüstanda hazırkı hakim partiyanın qalmasını istəyir. Çünki müxalifət hakimiyyətə gəlsə, ABŞ-nin, Fransanın istəklərini yerinə yetirəcək. Gürcüstan Ermənistana silah daşınmasında tranzit ölkəyə çevriləcək. Bu isə Azərbaycana lazım deyil”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top