Rusiya raketi yaşayış binasını yerlə bir etdi — VİDEO

REGİON 06 okt 2022, 14:31
Rusiya ordunun Ukraynanın Zaporojye şəhərinə raket hücumunun nəticələrini əks etdirən görüntülər yayılıb.

Demokrat.az
Ukrayna Teleqram kanallarına istinadən xəbər verir ki, Zaporojye Vilayət Hərbi Administrasiyasının təhbəri Aleksandr Starux şəhər sakinlərini mümkün qədər diqqətli olmağa çağırıb. Çünki təkrar raket hücumu ehtimalı yüksəkdir.

"Ehtiyatlı olun. Təhlükəsizlik qaydalarına əməl edin. Hava hücumları zamanı sığınacaqlarda qalın", - Aleksandr Starux sosial şəbəkədə yazıb yazıb.

Qeyd edək ki, bu gün Rusiya ordusu Zaporojyedə infrastruktur obyektlərinə və yaşayış binalarına raket zərbələri endirib. Hücum nəticəsində bir qadın hadisə yerində, digəri isə təcili yardım maşınında xəstəxanaya aparılarkən ölüb. Dağıntılar altinda qalanların olduğu bildirilir. Hazırda xilasetmə işləri davam etdirilir. /bakupost

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top