DİN: “Pişiyə işgəncə verən şəxslə bağlı araşdırma aparılır” — VİDEO

HADİSƏ 06 okt 2022, 11:50

Ötən gün sosial şəbəkələrdə pişiyə işgəncə verən şəxsin görüntüləri yayılıb. Şəxs pişiyi maşının arasında sıxaraq, təpikləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Oxu.Az-ın sorğusuna cavab verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlum videodan xəbərdar olduqlarını deyib:

“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top