Ərdəbil divarlarında azadlıq tələb edən şüarlar yazıldı — FOTO

REGİON 05 okt 2022, 14:26
İranın Ərdəbil şəhərində milli-ictimai fəallar şəhər divarlarına etiraz məzmunlu şüarlar yazıblar.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, etirazlar aşağıdakı şüarlarda əks olunub:

“Mən bir qadınam, mən bir insanam” #Hədis_Nəcəfi

“Azərbaycan qızları, göylərin ulduzları”

“Nə qədər ki haqqı tələb edən azərbaycanlı fəallar həbsdədirlər, biz susmayacağıq”

“Azərbaycanın siyasi fəallarını dərhal azad edin, əks halda bunun nəticəsi sizin üçün pis olacaq”

“Azərbaycanlı fəallara qarşı davranışınızın nəticələrini gözləyin”

“Azadlıq, Ədalət, Milli Hökumət - Azərbaycan Milli Hərəkatı”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top