Ədalət Həsənov: “Kütləvi məzarlıqda aşkarlanan qalıqlar Azərbaycan hərbçilərinə məxsusdur”

GÜNDƏM 05 okt 2022, 11:30
Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan 12 insanın qalıqlarının hamısı Azərbaycan hərbçilərinə məxsusdur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib.

O bildirib ki, aşkarlanan meyitlər üzərində işgəncə faktları da var:

“Qazıntı işləri aparılıb, 12 şəxsin meyiti aşkarlanıb, bu 12 şəxs ilk baxışdan da aydın olduğu kimi Azərbaycan hərbi qulluqçularının meyitləridir. Onlar hamısı paltarla dəfn olunub. Onlardan aşağıda meyit var, ya yoxdur, hələlik məlum deyil. Amma hələlik üzdə olan 12 meyitdir”,- Ə.Həsənov deyib.

O bildirib ki, aşkar edilən meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onlar cavan və orta yaşlı hərbi qulluqçular olublar:

“O dişlər və digər sümüklərdən nümunələr götürülərək məhkəmə genetik ekspertizası aparılaraq şəxsiyyətləri aydınlaşdırılacaq. Məhkəmə tibb ekspertizası 15, genetik ekspertiza isə 15 gün çəkəcək.

Bundan əvvəl aşkarlanan meyitlərin isə ekspertizası hələ başa çatmayıb, iş gedir. Meyitlərin ekspertizası başa çatdırıldıqca nəticə Hərbi Prokurorluğa təqdim edilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top