Putin Ukrayna ilə savaşdakı uğursuzluqda kimi günahlandırır?

GÜNDƏM 04 okt 2022, 21:31
Putin Ukrayna ilə  müharibədəki uğursuzluqlarda Rusiya Müdafiə Nazirliyini günahlandırmağa çalışır

Demokrat.az
xəbər verir ki, bu haqda məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Onların fikrincə, Vladimir Putin Rusiya Müdafiə Nazirliyində kadr dəyişiklikləri edərək, Xarkov vilayətində rus hərbçilərinin son uğursuzluqlarının günahını öz üzərindən götürməyə çalışır.

Kreml rəhbəri Rusiya ordusunun uğursuzluqlarına görə məsuliyyət daşıyanların hamısının dərhal işdən çıxarıldığını ictimaiyyətə göstərmək üçün artıq Qərb Hərbi Dairəsinə yeni komandir təyin edib.

Amma bir çox Qərb mediasının da  qeyd etdiyi kimi, Putin generallara əmrləri şəxsən verir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top