Kəmaləddin Heydərov yaralanan hərbçiyə "mayor" rütbəsi VERDİ

HƏRBİ 04 okt 2022, 15:24
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib.

Bu barədə Demokrat.az-a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, həmçinin S.Heydərov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Belə ki, bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Süleyman Heydərovla görüşüb. Görüşdə rütbə və medal S.Heydərova təqdim edilib.

Xatırladaq ki, S.Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top