İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır

QARABAĞ 04 okt 2022, 12:32
Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlər  5 iyun 1992-ci ildən qurulmuşdur. 1999-cu ildə Bolqarıstan Respublikasının Azərbaycanda, 2004-cü ildə isə Azərbaycan Respublikanın Bolqarıstanda səfirliyi işə başlamışdır. 30 il ərzində hər iki ölkə başçıları, parlament rəhbərləri və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri olmuşdur, qarşılıqlı əlaqələr uğurla inkişaf etdirilmişdir. 

1995-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. Bolqarıstan Respublikasının Prezidenti Pyotr Stoyanov isə həmin ilin sonlarında Azərbaycana səfər etmişdir.

Sonralar bu iki ölkə arasında möhkəm dostluq, strateji əməkdaşlıq davam etdirilmişdir. Belə ki, Azərbasycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci ilin sentyabr ayının 23-də Bolqarıstana  ilk dəfə rəsmi səfər etmişdir.  2015-ci ilin mart ayında Azərbaycan Prezidentinin yenidən Bolqarıstana rəsmi səfər etməsi  hər iki dövlət  üçün böyük rol oynamışdır. Hər iki respublikanın  prezidentlərinin qarşılıqlı rəsmi səfərləri, mühüm sənədlərə imza atmaları, Azərbaycan və Bolqarıstan arasındakı strateji,  kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, energetika, mədəniyyət və humanitar sahələrdə  əməkdaşlığı daha da inkişaf etdirilmişdir.

2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji təfəfdaşlıq haqqında birgə Bəyannamə imzalanmışdır. Bu bəyannamə respublikalar arasında əlaqələri yüksək səviyyəyə qaldırmışdır, eyni zamanda bəyannamədə qeyd edilmiş bütün məsələlər uğurla yerinə yetirilmişdir.

Bu gün Bolqarıstan və Azərbaycan iki dost və starteji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər, siyasi, diplomatik  əlaqələr durmadan inkişaf edir.

Azərbaycan Bolqarıstana qaz ixrac edir və bu gün Azərbaycan qazının həmin ölkəyə ixracat həcminin artırılması nəzərdə tutulub. Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı Memoranduma əsasən Azərbaycan Avropaya qaz ixracatını bir neçə il ərzində 2 dəfə artırılması qarşıda duran prioritet məsələlərdəndir.

Azərbaycan özünün 2.6 trilyon qaz ehtiyatları ilə bir çox ölkələri qazla təmin etmək iqtidarındadır. Bu sahədə respublikamız böyük uğurlar əldə edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb. Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı, faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsinə SOCAR-ın imkanlarından istifadə olunacaqdır.

Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması da önəmli məsələdir”.

Azərbaycanda tranzit yüklərin həcminin artırılması məqsədilə  dəmir  yolları, avtomobil yolları, Yeni Beynəlxalq Dəniz  Ticarət Limanı və bir sıra bu kimi nəqliyyat  infrastrukturu yaradılmışdır.

Tranzin yüklərin həcmi artıq 50 faizə qədər artırılmışdır. Bu rəqəmin tədricən daha da artırılması mümkün olacaq. Odur ki, Azərbaycan və Bolqarıstan inşaatçıları bir araya gələrək birgə əməkdaşlıq edəcəkləri labüddür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur.

Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqlar.

İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top