Rəhim Rəhimlinin ölüm səbəbi açıqlandı

GÜNDƏM 30 sen 2022, 08:19
Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi məlum olub.

Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top