XİN rəsmisi: “İrəvan eyni ssenarini təkrarlayır”

XARİCİ SİYASƏT 29 sen 2022, 10:49
“Ermənistan növbəti saxta ittihamla çıxış edib”.

Demokrat.az
-ın məlumatına əsasən, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində yazıb.

“İrəvan eyni ssenarini təkrarlayır. Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edir”, - deyə o əlavə edib.

XİN rəsmisi qeyd edib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top