“Nazirlik şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı qanunauyğun hərəkət edib” — Vahid Əhmədov

GÜNDƏM 28 sen 2022, 19:21
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunauyğun hərəkət edib”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

“Hesab edirəm ki, Sənan Əhmədov şəhidimiz Səbuhi Əhmədovun qardaşı olduğuna görə və ailə ilə bir yerdə yaşadığına görə, ona müəyyən güzəştlər etmək olar. Şəhidlər bizim üçün çox əzizdir. Şəhid ailələrinə, qazilərə diqqət həmişə yüksək səviyyədə olmalıdır.  Dövlət başçısı İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən onlara diqqət böyükdür. Hər halda, bu məsələdə şəhidin qardaşının yaşayış tərzinə baxmaq lazımdır. Necədir, hansı şəraitdə yaşayır? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələyə müəyyən qədər müsbət yanaşsa yaxşı olar. Qanunla əlaqədar nazirlik düz deyir. Düşünürəm ki, şəhid ailəsi olduğu üçün bu məsələyə yenidən diqqətlə baxılmalıdır”. 

Aynurə 
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top