"Lotu Quli"nin adamı deputatı hədələdi — FOTO

KRİMİNAL 27 sen 2022, 15:01
Qazaxıstanlı deputat Janbolat Mamay həbsxanadan ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda həbsdə olan, amma mandatı alınmayan siyasətçi Janbolat Mamay, "Arman Dikiy" ləqəbli qanuni oğru Arman Cumagəldiyev tərəfindən sui-qəsdə məruz qalacağını bildirib.

“O, mənimlə eyni cəzaçəkmə müəssisəsindədir. Mənə etibarlı mənbədən xəbər verildi ki, mənim fiziki cəhətdən yox olmağım üçün plan hazırlayıb. Buna səbəb bu ilin yanvarında baş verən məlum hadisələr zamanı tutduğum mövqe olub” deyə, o bildirib.

Qeyd edək ki, "Arman Dikiy" azərbaycanlı kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olub. /Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top