Britaniya miqrantlar üçün şərtləri sadələşdirir

DÜNYA 27 sen 2022, 00:23
Böyük Britaniya hökuməti ciddi işçi çatışmazlığı ilə mübarizə aparmaq üçün miqrant işçilərin qəbulunu artıra bilər. Bunun üçün hakimiyyət viza tələblərini yumşaltmağı planlaşdırır.

Bildirilir ki, yaxın vaxtlarda Baş nazir Liz Trass kənd təsərrüfatı sahəsinə mövsümi işçilərin cəlb edilməsi limitini artıracaq, həmçinin iş vizalarının alınması üçün sadələşdirilmiş prosedur tətbiq olunan peşələrin siyahısını genişləndirəcək.

Bundan başqa, iş vizası almaq üçün zəruri olan ingilis dilini bilmək tələblərinin yüngülləşdiriləcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top