Putin qismən səfərbərlik elan etdi

REGİON 21 sen 2022, 10:15
Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Bu gün Moskva vaxtı ilə saat 9:00-da prezident Vladimir Putinin ruslara Donbass və Ukrayna haqqında, "xüsusi hərbi əməliyyat"da iştirak edən könüllülərin statusu haqqında videomüraciəti yayımlanmağa başlayıb.

O, qismən səfərbərlik haqqında sərəncam imzalayıb.

Prezident bildirib ki, "Vətənimizi, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə Müdafiə Nazirliyinin ölkədə qismən səfərbərlik aparılması təklifi"ni dəstəkləyib.

Müraciətin səs yazısı Kremlin saytında yerləşdirilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top