Ərdoğan: “Azərbaycanla Ermənistanın qısa zamanda hərtərəfli sülh sazişi imzalaması mümkündür”

GÜNDƏM 20 sen 2022, 20:59

“Azərbaycan və Ermənistan arasında qısa zamanda hərtərəfli sülh sazişi imzalamaq mümkündür”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.

“Biz Türkiyə olaraq, Azərbaycanla Ermənistan arasında gedən prosesləri dəstəkləmək üçün addımlar atmışıq. Son zamanlar baş verən gərginlik bu gözəl iqlimə kölgə salsa da, biz hesab edirik ki, ən qısa zamanda iki ölkə arasında hərtərəfli sülh sazişi imzalamaq mümkündür. Biz azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq”, - o deyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top