“Milli sosial şəbəkə yaradılmalıdır” — TƏKLİF

GÜNDƏM 20 sen 2022, 20:50
14 sentyabrdan bəri TikTok sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Sosioloq Elçin Bayramlı TikTok sosial şəbəkəsinin hələ də bağlı qalmasını müsbət dəyərləndirir:

“Məsələyə iki fərqli konteksdən baxmaq lazımdır. Əvvəla, sosial şəbəkələr və platformalar bizə heç nə vermir. Onların hamısının məzmunu boşdur. Digər sosial şəbəkələr də TikTokdan fərqlənmir. TikTokdan istifadə edənlər o bağlanacaq, gedəcək başqa sosial şəbəkələrdən istifadə edəcəklər. Bu bizim vətəndaşlarımızın əsəridir.

İkinci bir məsələ milli-mədəni dəyərlərimizdən uzaq, əxlaqsız videolar daha çox burada yayılır. Ümumən, sosial şəbəkələr xalqın milli-mənəvi dəyərləri, uşaq və gənclərin tərbiyəsinə zərər vurur. Bu səbəbdən tiktokun bağlanmasının tərəfdarıyam. Hətta Instagram da bağlanmalıdır”.

Ekspertin fikrincə, gənc nəsil avara, əyləncə, düşük videolarlara özlərini reallaşdırır.

“Onlar öz enerjilərini bunun yerinə mədəni, ədəbi, elmi, texniki inkişafa qoya bilər. Azərbaycanda bütün sosial şəbəkələr gənclərə zərər vurur. Təklif edirəm ki, bütün imkanlar daxilində Azərbaycanın vahid milli sosial şəbəkəsi yaradılsın. Sosial şəbəkələr saxta xəbərlər, dezinformasiya, təxribat xarakterli məlumatlarla doludur.

Sosial şəbəkələr xaric mərkəzli olduğu üçün Ermənistan-Azərbaycan müharibəsində bizim erməniləri ifşalaya biləcək, qaydalara uyğun videolarımızı bloklayırlar.

Səhifələrimizi bir həftəlik, aylıq ya da bir dəfəlik bağlayırlar. Yönləndirilmiş şəkildə sosial şəbəkələr ölkə ərazisini idarə edir:

“Həmin şəbəkələr istədiyini ötürür, istədiyi məlumatı isə gizlədir. Milli sosial şəbəkədə ciddi senzura olmamalıdır, lakin gənclərin milli şüuruna mənfi təsir edə biləcək hər şeyi məhdudlaşdırmaq lazımdır. Media sosial şəbəkədən ayrılmalıdır, xüsusi qayda-qanunla tənzimlənməlidir ki, adekvat və obyektiv ictimai rəy yaradıla bilsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top