“İçimizdə xəyanət yolunu tutanlar var” — Çingiz Qənizadə

GÜNDƏM 19 sen 2022, 18:28
"Postmüharibə dövründə həmişə qeyd edirdik ki, müharibə hələ bitməyib. Qarabağı işğaldan azad etsək də, orada erməni silahlı birləşmələri var. Yəni, Ermənistanın bölgəmizdə silahlı əsgərləri, qruplqşmaları olduğu məlum idi. Bu da təbii ki, müharibənin bitmədiyini göstəriridi".

Bakupost.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Sədr hesab edir ki, gərgin bir dövrdə "sapı özümüzdən olan baltalar" ictimai rəyi çaşdırmağa çalışır:

"Ötən həftə ermənilər genişmiqyaslı təxribat törətsələr də, layiqli cəzalarını aldılar. Ermənilərin artıq sülh müqaviləsini imzalamaqdan başqa yolları və çarələri yoxdur. Bununla belə indiki həssas məqamda özünü müxalifətçi adlandıranlar, radikal müxalifət liderləri və onların əlaltıları, xaricdə oturub Azərbaycanı sevməyən şəxslər tərəfindən ordumuza, Azərbaycanın birliyinə qarşı təxribat xarakterli müsahibələr, bəyanatlar verir. Təəssüf ki, hətta Azərbaycanı "işğalçı" adlandırmaqdan çəkinməyən "sapı özümüzdən olan baltalar" da var və ictimai rəyi çaşdırmağa çalışırlar. Xüsusilə yutub və facebook üzərindən cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər. Hakimiyyətə müxalif olmaq, yaxud hakimiyyətin hansısa sahədə apardığı işləri bəyənməmək olar. Amma bunun üçün ağıllı, savadlı və məntiqli formada arqumentlər ortaya qoyulmalıdır. Hər şeyi qara görmək , hər şeydə pis niyyət axtarmaq, görülən bütün uğurlu işlərə kölgə salmaq müxalifətçilik deyil. Bu, ermənidən çox erməni olmaq deməkdir. Eyni zamanda xalqımızın birliyinə qarşı qəsddir. Ümumiyyətlə, belə adamları pisləyirəm. Hakimiyyətə müxalif olmaq olar, amma Vətənə, xalqa müxalif olmaq olmaz".

Ç.Qənizadə qeyd edib ki, indiki hdönəmdə xalqına və dövlətinə xəyanət mövqeyi tutan insanların olması təəssüf doğurur:

"Bu gün Azərbaycanın apardığı bu haqq işinə, torpaqlarımızın qorunması istiqamətində ordumuzun əldə etdiyi uğurlara kölgə salan, şəhidlərimizə görə ordunu və siyasi hakimiyyəti ittiham edən insanlar əslində xalqa, dövlətə xəyanət yolu tutub. Bu, birmənalı belədir. Çünki torpaq heç vaxt qansız alına bilməz. Heç birimiz şəhidlərimiz olsun istəməzdik, lakin bizdən asılı olan məsələ deyil. O zaman əlimizi-qolumuzu sallamalıydıq ki, ermənilər istədiklərini etsinlər. Torpağımıza, ölkəmizi qəsd etmək istəyən ermənilərə layiqli cavab verdikdə, "sapı özümüzdən olanlar" bizi erməni lobbisibdən daha çox tənqid etməyə çalışır. Təəssüflə qeyd edirəm ki, bu, xalqına və dövlətinə xəyanət mövqeyi tutan insanların işidir. Amma yalan ayaq tutsa da, yeriməz".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top