Səfir: "Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan mühüm rol oynayır"

XARİCİ SİYASƏT 19 sen 2022, 17:50
"Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan mühüm rol oynayır".

"Report"un xəbərinə görə, bu fikirləri Macarıstanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman sentyabrın 19-da Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan səfir bildirib ki, bu, strateji tərəfdaşlıq zəminində olan münasibətlərdir. Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu vurğulayan Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycan mühüm geosiyasi mövqedə yerləşir:

"Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top