Atasının adını daşıyan şəhid oğlu 1-ci sinfə getdi — FOTO

SOSİAL 15 sen 2022, 10:24
Bu gün Azərbaycanda yeni dərs ili başlayıb.

Demokrat.az
Unikal-a istinadla xəbər verir ki, ilk dəfə məktəbə gedən uşaqlar arasında şəhid övladları da var.

Onlardan biri 2016-cı ilin Aprel döyüşlərində şəhid olan zabitimiz, leytenant Qabil Orucəliyevin oğlu Qabildir. Atası şəhid olmazdan 4 gün əvvəl, 2016-cı ilin 29 mart tarixində dünyaya gəlmiş balaca Qabil atasının ad-soyadını yaşadır.

Bu gün həmçinin, şəhid leytenant Qabil Orucəliyevin doğum günüdür.

Qeyd edək ki, Q.Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top