"Bu şəhidlərin qatili yalnız erməni deyil ki..." — AÇIQLAMA

GÜNDƏM 14 sen 2022, 22:32
"Bir neçə videoda qarşıma çıxdı. Şəhidlərimizin dəfnində fars ağzı ilə İranın ideoloji rituallarını bilərəkdən qabardan dəstələr peyda olur. Bunlara müvafiq qurumlarımız diqqət yetirməlidir. Onları məqsədyönlü şəkildə ora göndərirlər. Bu şəhidlərin qatili yalnız erməni deyil ki...".

Demokrat.az xəbər verir ki, bunu deputat Fazil Mustafa qeyd edib.

"Bəs ermənilərə açıqca dəstək verənlər qatil deyillər? "Dindaşımız, soydaşımız, qardaşımız ermənilərə toxunanlar bizim qırmızı xəttimizi keçirlər" deyənlər o şəhidlərimizin qatili deyilmi? Şəhidimizə ağlayanda da azərbaycanlı kimi ağlamalıyıq!!! Artıq şəhidi son mənzilə qürurla, alqışla uğurlayan bir xalq formalaşıb, bu obrazda da davam etməliyik...O məğrur Azərbaycanın şəhid atasının Vətən haqqında söylədiyi şeir nə qədər möhtəşəm idi. Cəhənnəm olub gedin erməniyə yalaqlıq edən ağalarınızın yanına. Heç olmazsa şəhidimizin dəfnini murdarlamayın", - deputat bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top