Rusiya XİN: “Avropa İttifaqı Moskvanın Bakı və İrəvanla apardığı işə müdaxilə etməyə çalışır”

XARİCİ SİYASƏT 14 sen 2022, 10:27
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bəyan edib ki, Avropa İttifaqı Moskvanın Bakı və İrəvanla apardığı üçtərəfli işə müdaxilə etməyə çalışır.

D.Qonçar sözünün davamında qeyd edib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar və özünün ATƏT-in Minsk qrupu xətti ilə fəaliyyətini dayandırması fonunda Qafqazda fəallaşıb.

Diplomatın sözlərinə görə, Avropa İttifaqının əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır və onlar bunu gizlətmirlər.

“Lakin bütün bunlar heç bir nəticənin hasil olmayacağı geosiyasi oyunlardır və Moskva burada iştirak etmir”, - Denis Qonçar bildirib.

MDB-də təmsil olunan diplomat əlavə edib ki, təşkilat praktiki fəaliyyətlə məşğuldur.

“Bu fəaliyyət liderlərimizlə xarici işlər nazirləri arasında birbaşa təmaslara, ölkələrimizin tarixi yaxınlığına, ümumi regionumuzda daha təhlükəsiz və firavan gələcək qurmağa xidmət edir”.

Mənbə: Gazeta.ru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top