Pakistan səfirindən Azərbaycana başsağlığı: “Ürəyimiz 50 şəhid ailəsilədir”

XARİCİ SİYASƏT 14 sentyabr 2022, 08:11
“Ürəyimiz 50 şəhid ailəsi ilədir”.

Demokrat.az
xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Hayee tviter hesabında yazıb.

“Bu gün igid əsgərlərinin şəhid olması münasibətilə qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Ürəyimiz 50 şəhid ailəsi ilədir, bu torpaq övladlarına əbədi rəhmət yağdırmasını Uca Yaradandan diləyirik”,- səfir sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top