İcra başçısının birinci müavini işdən çıxarıldı

DAXİLİ SİYASƏT 13 sen 2022, 17:29
Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsindən azad edilib.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, bununla bağlı icra başçısı Şahin Məmmədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Hüseynov Məmmədhüseyn Rizvan oğlu vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə icra başçısının birinci müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, M.Hüseynov 2020-ci ilin sentyabrın 3-dən bu vəzifədə çalışırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top