“Ermənistan artıq ciddi uğursuzluğa düçar oldu”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, bu gün Rusiyanın Ermənistan qarşısında öhdəliyi olduğu kimi, Azərbaycan qarşısında da öhdəliyi var:
“Buna görə də, heç bir vəchlə Rusiya Ermənistana kömək etməyəcək. KTMT-nin türk dövlətləri də Ermənistana bu və ya digər məsələlərdə kömək etmək fikrində deyil. Digər məsələ isə Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruması və özünü müdafiə etməsi ilə məşğuldur. Lazım gələrsə, Ermənistan daxilində biz bufer zona yaradaraq, Ermənistandan Azərbaycana gələn təhdidlərin qarşısını almaq üçün real addımlar ata bilərik. Məhz Ermənistan rəhbərliyinin, Ermənistan ordusunun son təxribatları bu kimi addımlar atmağa bizə imkan verir. 
Aynurə Demokrat.az

