Ağdamda yerləşən Türkiyə hərbi kontingentinə yeni rəhbər təyin edilib

HƏRBİ 12 sen 2022, 11:41
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri Abdullah Katırçınin  səlahiyyət müddəti başa çatıb.

Demokrat.az
bildirir ki, bununla bağlı müdafiə naziri Zakir Həsənov general-leytenant Abdullah Katırcını qəbul edib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb.

Müdafiə naziri general A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

Bu mərkəz 2021-ci il yanvarın 30-da yaradılıb. Onun yaradılma məqsədinin Qarabağda atəşkəsin təmin edilməsi ilə bağlı monitorinq aparmaq olduğu açıqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top