Anası ilə birlikdə itkin düşən oğlanın meyiti tapıldı

HADİSƏ 11 sen 2022, 15:36
Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb.

Demokrat.az
xəbər verir ki, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb.

F.Rzayevanın meyiti Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib.

Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb. /report
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top