Əvəz Zeynallı barəsində cinayət işi başlanıldı— RƏSMİ (YENİLƏNİB)

GÜNDƏM 10 sen 2022, 17:18
Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.

***16:19

Jurnalist Əvəz Zeynallının saxlanıldığı iddia olunur. 

Demokrat.az
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Ə.Zeynallı bu gün günorta saatlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. 

Qeyd edək ki, onun həbsdə olan iş adamlarından birinin ailəsindən 20 min manat pul tələb etdiyi iddia olunur.irib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top