Xarici səyyahlar Zəngilanda — FOTOLAR

QARABAĞ 10 sen 2022, 08:56
Xarici səyahətçilər Zəngilanın Ağalı kəndində olublar.

Demokrat.az-ın məlumatına görə, onlara bərpa işləri haqqında danışılıb.

Zəngilanın Ağalı kəndi haqqında həmçinin “Ağıllı kənd”in üstünlükləri barəsində səyahətçilərə məlumat verilib.

Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

3 gündür davam edən səfərdə səyahətçilər ilk günü Şuşa və Ağdam şəhərlərini, ikinci günü Füzuli, Xocavənd rayonu, bu gün-son gün isə Zəngilan və Cəbrayılı ziyarət edəcəklər.

Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır



















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top